Moskvanın tüninq atelyesi “TopCar” möhtəşəm hetçbek “Porsche Panamera” üçün “Stingray GTR” tüninq-paketini yeniləyib. Yenilənmiş tüninq proqramı ilk növbədə avtomobilin bu il peyda olmuş restaylinq modeli üçün nəzərdə tutulub.
Banın aerodinamik asması daha ciddi dəyişikliklərə məruz qalsa da mühərrik dəyişilmədən əvvəlki kimi qalmışdır. Daxili təchizat müştərinin fərdi istəyindən asılı olacaqdır.
Yenilənmiş bodi-kit vertikal yan hava çıxıntıları və aşağı hissəsində karbon splitteri olan yeni qabaq bamperdən, təkər arkalarının genişləndiricilərindən, yan ətəklərdən, qapı əlavələrindən, diffuzoru olan dəyişilmiş arxa bamperdən və beşinci qapının kənarında spoylerdən ibarətdir.
Karbon kapot və arxa görünüş güzgüləri, dəyişilmiş qaz buraxma boruları və döymə “ADV.1 Wheels” diskləri avtomobilə idman üslubu əlavə edir. Bundan əlavə, “Porsche Panamera Stingray GTR” TopCar şirkətindən çox gözəl interyer işləməsi və güc qurğusunun apqreydini alıb.
Bu apqreyd sayəsində mühərrikin gücü 700 a.g.-ə çatıb.