Tokio avtosalonunda “Toyota” şirkəti tərəfindən iki yeni nəsil konseptual krossover “Harrier” təqdim olunacaq. Onlardan birincisinin tamamlanması ilə idman bölməsi TRD (Toyota Racing Development), ikincisinin tamamlanması ilə isə Yaponiya tüninq şirkəti Modellistanın mütəxəssisləri məşğul oldular. Hər iki versiya lüks “Lexus RX”-in Toyota nümunəsini idman üslubunda olan xarici görünüş və texniki içliyin yüksək keyfiyyətli hissələri ilə təmin ediblər. Yaponiyada belə versiyaların yaxın vaxtlarda meydana gələcəyi istisna edilmir.
TRD-dən olan “Toyota Harrier Sportivo Concept” 2WD-nin qabaq ötürücülü modifikasiyasının əsasında düzəldilib və aşağı salınmış idman asılqanı, 18 düymlük yüngül lehimli disklər, torşəkilli radiator barmaqlığı, bir cüt dairəvi xromlaşdırılmış ucluğu olan idman qazçıxma sistemi və yenidən işlənmiş ban detalları (qabaq bamperin aşağı dodağı, yan astanalar və arxa bamperin qoyması) ilə tamamlanıb. Parlaq ağ banla effektli uyğunlaşma üçün bir sıra qara rəngli aksentlər və tonlaşdırlımış şüşələr mövcuddur.
Modellista tüninq-atelyesindən olan “Toyota Harrier” 151 a.g. verən 2,0 litrlik mühərrikə, tranmissiya-variatora və 2WD qabaq ötürücyə əsaslanır. Avtomobilin daha da idman üslubunda görünməsi üçün onu şəklidəyişmiş qabaq bamper, yan ətəklər və fərqli arxa bamperlə təchiz ediblər. Bundan başqa, bayırda başqa radiator barmaqlığı və tonlaşdırılmış şüşələr peyda olub. Aşağı salınmış asılqan 19 düymlük üslubi təkər diskləri ilə birgə idman üslubunun formalaşmasına öz töhvəsini verir. Cüzi, lakin xoş yeniliklər kompakt yolsuzluq avtomobilinin daxili içliyinə aiddir. Burada daha çox effektli işıqdiodlu işıqlandırma nəzərə çarpır.