Alman hetçbeki “BMW 3-Series GT” Yaponiyanın “3D Design” şirkətinin hazırlandığı yeni staylinq-paket alıb. Seriyalı avtomobil ban aksessuarları dəstinin və böyük diametrli təkər disklərinin sayəsində daha təcavüzkar və idmansayağı xarici görünüşlü olub.

Bundan əlavə tünerlər daxil bəzəkdə də fərdiləşdirmə xidmətlərini təklif edirlər. Bunun üçün dəbli dekor elementlərindən istifadə ediləcək. Tüninq-paketin təqdimatı ayın sonunda Tokio motorşousunda keçiriləcək.
“3D Design” dizaynerləri “BMW 3-Series GT”-nin banı üçün qabaq bamperin aşağı dodağını, yan ətəklər, arxa bamperin diffuzorunu və damın sonunda spoyler düzəldiblər.
Qara radiator barmaqlığı, hava çıxıntılarının qara əlavələri və tündləşdirilmiş şüşələr də hetçbekin idman xarakterini vurğulayırlar. Beşmilli təkər diskləri, əyləc sistemini göy supportları, aşağı salınmış asılqan və qaz buraxma sisteminin dörd dairəvi boruları avtomobilin fərdiləşdirilməsində heç də sonuncu rolu ifa etməyiblər.
Yaponiyalı tüninq ustaları avtomobilin salonunda metal rezinli pedallar, ayaq altılar və üzərində şəxsi imza olan sürət qutusunun tutacağını yerləşdiriblər.
 

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD