Almaniyanın Essen şəhərində keçirilən eksklüziv və tüninq olunmuş avtomobillərin sərgisində TechArt şirkəti sonuncu nəsil sportkar “Porsche 911 Turbo” üçün bu yaxınlarda hazırlanmış satışdan sonra köklənmə proqramını təqdim edəcək. Almaniyanın satışdan sonrakı köklənmə mütəxəssisləri 991 banlı Ştutqard kupesinə yeni bodi-kit, yüngül təkərlər və daxili tamamlanma üçün aksesuarlar dəsti hazırladılar. Premyeradan sonra tüninq-paket TechArt məhsullarının rəsmi distribyutorlarında peyda olacaq.
Alman tüninq atelyesinin dizaynerləri karbon lifinin poliuretanla qarışığından aerodinamik asmanın yeni komponentlərini hazırladılar. Bu da banın sürüşkənliyini yaxşılaşdırdı və avtomobilin yüklənmiş kütləsini aşağı salmağa imkan verdi. Bodi-kit bir düyməni basmaqla və ya 120 km/saat sürətə çatanda avtomatik surətdə irəli çəkilən aktiv qabaq spoyler, arxa oxa təzyiq qüvvəsini artırmağa imkan verən arxa spoyler, damın axırındakı əlavə spoyler və arxa bamperə birləşdirilmiş diffuzordan ibarətdir.
Sportkarın eksklüziv üslubunu yan ətəklər, qazçıxma sisteminin başqa qolları, əyləc sisteminin parlaq supportları və müxtəlif konstruksiya variantında olan (Formula III və yaxud Formula IV) 20 və 21 düymlük lehimli disklər tamamlayır. Texniki tüninq üçün hələlik asılqanın qısaldılmış yayları və paslanmayan idman qazçıxma sistemi əlverişlidir. Bundan başqa TechArt öz müştərilərinə “Porsche 911 Carrera və Carrera 4” versiyalarına müvəffəqiyyətlə quraşdırıla bilən və klirensin hündürlüyünü artıran elektron modul təklif etməyə hazırdır.
Alman tüninq atelyesi avomobilin interyerini işıq saçan firma yazısı olan qapı astanalarının alüminium qoymaları, karbon qoymalar, ayaq altlığı olan pedallar və parlaq zolaqla bəzədi. Bundan başqa avtomobilin içində yenidən işlənmiş üçmilli sükan və cihaz panelinin yeni siferblatını görmək olar. Yaxın vaxtlarda TechArt “Porsche 911 Turbo” üçün olan tüninq-paketini 520 a.g. verən altısilindrli 3,8 litrlik oppozitli mühərrikin apqreyd proqramı ilə tamamlamaq niyyətindədir.