“Vorsteiner” şirkəti superkar “Lamborghini Aventador LP 700-4” üçün rəsmi olaraq tüninq paket təqdim etdi.
Alman tünerinin indiki təklifi əvvəllər təqdim edilmiş aksessuarlardan xarici staylinqin təcavüzkar hissələri və güc aqreqatının təkmilləşdirilmiş apqreydi ilə seçilir. Artıq indi sifarişə hazır olan “Aventador-V LP-740” tənzimləmə proqramının hazırlanmasına bir ildən çox zaman tələb olunub.
İtalyan kupesinin idman xarakterini karbon lifindən olan çoxsaylı elementlər və latın hərfi “V”-ni xatırladan, kapotun, damın və mühərrik hissəsinin üzərindən keçən xətlər vurğulayır.
Qabaq splitter, yan ətəklər, arxa diffuzor və standart spoyleri əvəz edən və ya onu tamamlayan palçıq qoruyucu avtomobilin aerodinamik xarakteristikasını yaxşılaşdırıb.
Bundan əlavə, avtomobil qabaq hava çıxıntılarında karbon əlavələr, yan hava cibləri və müxtəlif ölçülü döymə disklər alıb. Qabaqdakı 20-düymlük disklərə “Pirelli P-Zero 255/30”, arxadakı 21-düymlük disklərə isə “Pirelli P-Zero 355/25” şinləri “geyindirilib”.
Çip-tüninq 6.5-litrlik V12 mühərrikinin gücünü 740 a.g. və 737 Nm-ə qədər artırmağa imkan verib.