“ByDesign Motorsports” italyan superkarı “Ferrari 458 Italia”nı tamamlayıb. O, ilk görünüşdə parlaq sarı rəngli banı ilə diqqəti özünə cəlb edib.
Səudiyyə Ərəbistanından olan tünerlər “Vorsteiner” şirkətindən tüninq aksessuarlarından və “ADV.1 Wheels” təkər disklərindən istifadə ediblər. Yeni bodi-kit və eksteryerin “idmançılığı” V8 mühərrikinin qəzəbli səsi ilə əla uyğunlaşır.
Banın aerodinamik keyfiyyəti “Vorsteiner 458-V” paketi sayəsində yaxşılaşıb. Bu paketə qabaq bamperin aşağı dodağı, yan ətərlər, arxa bamperin diffuzoru və arxada kiçik spoyler daxildir.
Bütün elementlər karbon lifindən hazırlanıb və onların əlavə olunmuş cüzi çəkiləri doğma təkər diskləri və qaz buraxma sistemi sayəsində kompensasiya edilir.
Qara aksentlərə, qara dama və banın yuxarı hissəsindən keçən qara xəttə uyğun olaraq, italyan kupesi sarı dairələri olan qara 10-milli disklər alıb. Sonda 4.5-litrlik 570-güclü mühərriki “Akropovic” qaz buraxma sistemi ilə təchiz ediblər ki, o gücü və təcavüzkar səsi bir qədər artırıb.

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD