Yenilənmiş rodster “Audi R8 Spyder” alman şirkəti “Regula Tuning”-dən tənzimlənmiş aerodinamik asılqan alıb.
Əsas cəhəti təcavüzkar dizayn olan bu bodi-kit əvvəllər restaylinq edilməmişdən qabaqkı kupe üçün hazırlanmışdı. Alıcıya 7950 avroya başa gələcək yeni asılqan da elə həmin təcavüzkar üslubdadır və ola bilsin ki, böyük nadir təkərlərlə tamamlansın.
“Audi R8 Spyder” bir cüt böyük havaçıxıntıları olan yeni qabaq bamper, yan ətəklər, vertikal ventilyasiya kəsikləri və 5-qabırğalı diffuzoru olan arxa bamper və arxada yeni spoyler alıb.
Avtomobil, həmçinin torşəkilli radiator barmaqlığına, qaz buraxma sistemi borularının arxa bamperin kənarlarından çıxan qara sonluqlarına və nömrə nişanının kənarlarında tor örtüyə malikdir.
Qabaq oxda 20x8.5 düym, arxa oxda isə 20x11 düym ölçüləri olan qara-qırmızı “Oxigin-Oxrock” diskləri avtomobilin qırmızı rəngi ilə təzad yaradır.
Disklərə qabaq oxda 265/30, arxada isə 305/25 ölçülü şinlər keçirmək tövsiyə olunur.