Makedoniyalı dizayner Deyan Xristov hazırladığı “F12berlinetta” modelini tamaşaçılara təqdim etdi. Son on illərin oniki-silindrli “Ferrari” modellərinin – 512 BB, Testarossa, 550 Maranello, 575M Maranello, 599 GTB Fiorano və hazırki F12berlinetta – sırası artıq yenilənməlidir.
Lakin hələ italyanlar özləri də gələcək varisin xarici görünüşünü müəyyən etməyiblər. Markanın bütün dünyadan olan pərəstişkarları öz versiyalarını təqdim edirlər.
Skopyedəki tətbiqi incəsənət məktəbinin məzunu Deyan Xristov öz işini “Ferrari CascoRosso” (Qırmızı Dəbilqə) adlandırıb. Keçmişin əfsanəsi, 1962-ci ilin “Ferrari 250 GTO”-su isə ona ilham verib. Müəllif öz avtomobilini hibrid güc qurğusu ilə görür.

 

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD