Güclü və cəld avtomobillərə təkcə sadə sürücülərin deyil, həm də idman avtomobilində qanun pozanları təqib edən polislərin də ehtiyacı var. Bu sahədə polislərə alman tüninq-şirkətləri “TUNE IT! SAFE!” layihəsi çərçivəsində birləşərək kömək edirlər.
Alman Tünerləri Assosiasiyasının (VDAT) növbəti nailiyyətləri olan “AC Schnitzer” atelyesinin “ACS4 2.8i Coupe” sportkarının debütü sabah Essen motorşousunda keçiriləcək.
Yüklənmiş kupe “ACS4 2.8i Coupe” seriyalı avtomobil “BMW 428i Coupe”-nin bazası əsasında yığılıb, lakin adi modeldən fərqli olaraq, o 245-dən 294-ə qədər at gücünə malik 2.0-litrlik 4-silindrli benzin mühərrikə malikdir. Əsası çipdən ibarət olan yüklənmədən sonra maksimal fırlanma anı 345-dən 420 Nm-ə qədər artıb.
Arxa ötürücülü sportkar yerindən 100 km/saata 5,7, 80-dan 180 km/saata 12,7 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır. Avtomobilin idarəetməsini yaxşılaşdırmaq üçün onun yer səthi ilə arasında olan məsafəni 25 mm aşağı salıblar, standart təkərləri isə 245/30 ölçülü “Hankook Ventus S1evo” şinləri keçirilmiş 21-düymlük “AC Schnitzer” diskləri ilə əvəz ediblər.
Xüsusi ban rəngi və damda sirena ilə yanaşı Bavariya kupesi qabaq bamperdə aşağı dodaq, arxa bamperdə diffuzor və qaz buraxma sisteminin çölə çıxmış bir cüt parlaq borusunu, baqaj qapağının kənarında spoyler və arxa şüşənin üstündə deflektor alıb.
“ACS4 2.8i Coupe” adlandırılmış “BMW 428i Coupe”-nin interyeri üçün “AC Schnitzer” dizaynerləri alüminium pedallar, sol ayağın istirahəti üçün xüsusi altlıq, velür xalçalar, əl əyləci üçün fərqli dəstək və yeni açar çexolu hazırlayıblar.