Məşhur kompyuter oyunu Gran Turismo-nun 6-cı iterasiyası üçün alman şirkətinin dizaynerləri tərəfindən hazırlanmış virtual superkar “Mercedes-Benz AMG Vision Gran Turismo” Amerika şirkəti “J&S World Wide Holdings” tərəfindən kiçik tirajla buraxılacaq.
Amerikalılar bu məlumatı internet vasitəsilə yayımladılar və əlavə etdilər ki, tam hazır avtomobilin qiyməti 1 500 000 dollar təşkil etdi. Buraxılışın ümumi həcmi 5 avtomobil olacaq (biri ABŞ, 2-si Avropa və 2- si Yaxın Şərq üçün).
Eksklüziv superkarı sportkar “Mercedes-Benz SLS AMG GT”-nin əsasında düzəldəcəklər. Bu avtomobil karbon lifindən düzəldilmiş və xromla örtülmüş ban panelləri və ADV.1 Wheels firmasının hazırladığı təkərləri əldə etdi. 6,2 litrlik V8 atmosfer mühərrikinin yalnız yeni buraxılış sistemi ilə təchiz olunacağı gözlənilir.
Bu da o deməkdir ki, onun gücü 600 a.g. dairəsində qalacaq. Arxada həmçinin əlavə aerodinamik əyləc rolunu oynaya bilən, çəkilən spoyler yerləşəcək. Salon sifarişçinin istəyinə uyğun olaraq işlənəcək.
“J&S World Wide Holdings” şirkətinin verdiyi məlumat görə, artıq sportkar “Mercedes-Benz AMG Vision Gran Turismo”-nun ilk sahibi müəyyən olunub.