Alman konserni “BMW” kompakt krossover “X1”-i yeniləmək qərarına gəldi. Yeniliyi Detroyt avtosalonunda göstərəcəklər. Amerikada bu avtomobilə yaxşı tələbat var. Krossover baza komplektasiyası üçün əlavə seçimlər əldə etdi.
Şirkətin verdiyi məlumata görə, yenilənmiş “BMW X1”-in satışları gələn ilin yazında başlanacaq. Krossoverin baza komplektasiyası gün hərəkət işıqları və 17-düymlük disklərlə tamamlandı.
Əlbəttə ki, eksteryerdə də bəzi dəyişikliklər meydana gəldi. Krossoveri qabaq bamperdə yeni hava çıxışları, 17- düymlük yeni dizaynlı təkər diskləri ilə təchiz etdilər, həmçinin palitraya banın rənglənməsinin Sparkling Brown (qəhvəyi metallik) adlı yeni rəngini əlavə etdilər. İnteryerdə cihaz panelinin günlüyü ücün yeni, daha yumşaq plastik kütlə meydana gəlib.
Bundan başqa, şirkət üç yeni tərtibat variantı, ConnectedDrive multimediya kompleksi isə iki yeni funksiya – Online Entertainment və ECO PRO Analyzer – əldə edib. “BMW X1” texniki nöqteyi-nəzərdən dəyişilməz qalacaq.
Qeyd etmək lazımdır ki, bu “BMW X1”-in ikinci feysliftinqidir. Bavariya istehsalçısı artıq iki il bundan qabaq krossoveri yeniləyib. O vaxt dəyişikliklər çox idi – yeni qabaq və arxa optika, bamperlərin başqa forması, salonun bəzəyinin yeni variantı və multimediya və.s