“Hyundai” şirkəti sedan “Grandeur”-un hibrid versiyasını təqdim etdi. O Cənubi Koreya bazarında satılacaq. Yenilik 204-güclü hibrid qurğu alıb. Onun tərkibinə 159 a.g. verən 2,4 litrlik benzin mühərrik və 47-güclü elektrik mühərriki daxildir. Hibrid “Grandeur” qarışıq vəziyyətdə 100 km məsafəyə 6.25 litr yanacaq yandırır.

Müqayisə üçün demək olar ki, üç litrlik benzin mühərriklə təchiz olunmuş sedan 9.4 litr yanacaq sərf edir. “Grandeur” asta sürətdə elektriklə hərəkət edən zaman onda xüsusi sistem işə başlayır. Bu sistem xüsusi səs verərək piyadaları avtomobilin yaxınlaşdığından xəbərdar edir.
Yeniliyin standart ləvazimat siyahısına diodlu arxa fənərlər, 17-düymlük alüminium disklər, qaz buraxma sisteminin bir cüt boruları, “Nappa” dərisi ilə işlənmiş salon, ikizonalı klimat-kontrol, bütün oturacaqların isidilməsi, arxa görünüş kamerası, 6-düymlük displeyi olan multimedia sistemi daxildir. Əlavə pul ödəməklə ya panoram dam, ya da naviqasiya sistemi sifariş etmək olar.
Hibrid “Hyundai Grandeur”-un qiyməti 34.6 milyon vondan (təxminən 34.5 min dollar) başlayır. Bu adi güc qurğusu olan sedandan 4 milyon von (3.8 min dollar) ucuzdur.

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD