Brabus-un üzərində işlədiyi “əjdaha” yüksək keçimli hərbi avtomobilin bazasında yaradılıb.

Bakıya Mercedes-Benz Brabus B63S 700 6x6 avtomobili gətirilib.
Avtomobilin təkərlərinin diametri 94 sm, klirensi isə 46 sm təşkil edir və bu, 1 metrdən hündür maneəni aşmağa imkan verir. Mercedes-Benz Brabus B63S 700 6x6 altıtəkərli əjdaha Mercedes G63 AMG 6x6 (536 a.g.) avtomobil 690 at gücünədək artırılmış V8 turbo-dizeli ilə təchiz edilib.
Avtomobil 100 km/s sürəti 7,4 saniyəyə yığır. Şinləri böyük olduğu üçün istehsalçılar avtomobilin maksimal sürətini 160 km/s-dək azaldıblar.
Hazırda şirkətin rəsmi nümayəndələri avtomobilin satış qiymətini açıqlamayıblar. Lakin əldə etdiyimiz məlumatlara görə, istehsalçı bu avtomobili təxminən 615 min avroya, yəni, 650 min Azərbaycan manatına satır.

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD