Ferrari California super avtomobili 4.3 litrlik benzin mühərriki və V8 motoru ilə bir daha təchiz olunmayacaq. Onun əvəzinə isə, 3.8 litrlik 8 slindirli təchiz olunmuş mühərriki ilə istehsal olunacaq. Yeni nəsil anoloji mühərrik Maserati Quattro sedan istehsalı təqdim ediləcək. Belə ki, artıq yeni mühərrik 523 at gücündə olacaq, 710 fırlanma momenti təqdim edəcək və Ferrari Californianın mühərriki daha mükəmməlləşdirilmiş olacaq.
Avstraliyanın Drive mətbuatı araşdıraraq belə bir qənaətə gəlib ki, yeni motor 545 at gücünə kimi güclənə biləcək. Yeni nəsil Ferrari California-nın bir sıra dəyişdirilmiş yeni gövdə ponelləri, maraqlı interyer və yeni multimedia sistemlə təmin olunması gözlənilir.
Yeni nəsil Ferrari California-nın nümaiş tarixi hələ dəqiq olmasa da, 2014- cü ilin martında Cenevada baş verəcəyi güman edilir.
Hal-hazırki Ferrari California mühərriki 490 at gücündədir və 505 nyuton firlanma gücünə sahibdir. Yeddi pilləlidir, iki muftalı sürət qutusu ilə təchiz olunub. 100 km sürəti 3.8 saniyədə toplayır və maksimum sürəti isə 312 km kimi yüksəlir.