Ölkəmizdə və dünyada rent a car xidmətinin təşkilinə və istifadəsinə marağın gün keçdikcə artması heç kimə sirr deyil. Günümüzdə avtomobil icarəsi şəhərimizdə və dünyda çox gəlirli sahələrdən birinə çevrilib. Bu yaxınlarda avtomobil kirayəsi biznesinin 100 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə Baku Rent Service avtomobillərin kirayəsi haqqında kiçik araşdırmanı oxucularına təqdim edir.
Əslində hər şey bir sevgi hekayəsindən başladı...
Tarixdə ilk icarə avtomobil hadisəsi uzun illər əvvəl 1916-cı ildə heç kəsin gözləmədiyi bir şəkildə baş verdi və ilk icarəyə verilən avtomobil Ford-T oldu.
Günlərin bir günü amerikalı Co Saunders təsadüfən sevdiyi qızla görüşə gecikdiyi üçün təəsüflənən bir gənc oğlanla rastlaşır. Və bu an Conun ağlına yeni bir fikir gəlir ki, “axı niyə də öz maşınını həmin oğlana kirayəyə verməsin?”
Beləliklə, o öz avtomobilinin açarını özü də bilmədən avtomobil icarəsi biznesinin ilk müştərisi olan həmin gənc oğlana verir.
Həmin hadisədən sonra Co başa düşür ki, avtomobil kirayəsi nəinki məhşur bir xidmətə çevrilə, eyni zamanda da çox gəlirli bir biznes ola bilər.
Rent a Car avtomobil kirayəsi xidmətinin tarixi də iki gənc sevgilinin görüşü sayəsində yaranmış olur.