Müqavilə şərtləri

LAZIMİ SƏNƏDLƏR:

 Şəxsiyyət vəsiqəsi

• Sürücülük vəsiqəsi

• Xarici vətəndaşlar üçün – qüvvədə olan vətəndaşlıq vəsiqəsi, beynəlxalq dərəcəli sürücülük vəsiqəsi.

• Qeydiyyat müqabilində yaşayanlar üçün – qeydiyyat sənədləri.

 

 

Avtonəqliyyat vasitəsinin icarə şərtləri

 

Avtonəqliyyat vasitəsinin mövcud icarə şərtləri icarə müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Müştərinin imzası onun müqavilə şərtləri ilə rzı olduğunu göstərir və təsdiq edir ki, müştəri gələcəkdə “İcarədar” adlanan avtonəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firma ilə münasibətlərini tənzim edən müqavilənin ayrı – ayrı şərtləri ilə tanışdır. 

 

1. Əsas şərtlər

1.1. İcarədar müştəriyə avtonəqliyyat asitəsini təhvil verir və zəmanət verir ki, bu zaman avtomobil mövcud məqsəd üçün istifadəyə tam yararlıdır. İcrədar istifadə zamanı baş vermiş zədə və nsazlığa görə məsuliyyət daşımır və bu İcarədarın öz öhdəliklərini düzgün yerinə yetirə bilməməsi kimi qiymətləndirilmir.
1.2. 
Müştəri avtonəqliyyat vasitısini təhvil alan zaman onun vaxtaşırı yoxlanılmasına görə məsuliyyət daşıyır. Tərəflər mövcud nasazlıq barədə dərhal məlumat verməli və akt tərtib olunmalıdır.
1.3. 
Müştəri zəmanət verir ki, o və ya digər şəxslər avtonəqliyyatı idarə etmək üçün müqavilə şərtlərinə əsasən :
       • 
Avtonəqliyyatı idarə etmək üçün lazım olan icazə, lisenziya və təsdiqnamələrə malikdirlər;
       • 
Yol nəqliyyatı hadisələri üzrə heç bir cinayət hadisəsi üzrə məsuliyyətə cəlb olunmaması haqında mövcud faktlar yoxdur;
       • 
Avtonəqliyyatı idarə etməyə əngəl oa biləcək fiziki və psixi xəstəliklərin olmaması;
      • 
Göstərilən şəxslər narkotik və ya alkoqoldan istifadəyə görə avtonəqliyyat vasitələrini idarə etməkdən uzaqlaşdırılmayıblar;

 

2. Avtonəqliyyat vasitəsindən istifadə

2.1. Müştəri avtomobili istismara başlamazdan öncə, onun idarə etmə şərtləri lə tanış olmalıdır.
2.2. 
Müştəri avtonəqliyyat vasitəsini vicdanla və səliqəli idarəetməyə zəmanət verir. İstifadə müddəti o , öz hesabına müstəqil şəkildə ənənəvi standart xidməti, suyun, yağın, əyləc mayesinin normada olmasını, istifadə olunmadığı müddətdə nəqliyyat siqnalizasiyaya qoşulmalıdır.
2.3. 
Yanacağa görə olan xərc tamamilə müştərinin öhdəsinə düşür.
2.4. 
Müştəri aşağıda göstərilən hallar üçün avtomobili idarə etməyəcəyinə dair zamindir :
       • 
Qadağan olunmuş və təhlükəli mal və yüklərin daşınması;
       • 
Mənfəət əldə etmək üçün sərnişinlərin daşınması;
       • 
Kənar şəxslərə idarəetməni öyrətmək ( hətta qarşılıqsız);
       • 
Digər avtonəqliyyat vasitələrinin daşınması və buksirlənməsi üçün;
       • 
Qəza və ya mexaniki nasazlıq zamanı;
       • 
İdman yığıncaqlarında;
2.5. 
Müştəriyə avtomobili dəyişmək – rəngini dəyişmək, hansısa detalları çıxartmaq, yeni detallar əlavə etmək, üzərinə yazı yazdırmaq qadağan edilir.
2.6. 
Müştəri istifafə zamanı parkinq və qoyulan bütün cərimələri öz hesabına ödəməlidir. Əgər bu xərcləri İcarədar ödəmişsə, müştəri gecikdirmədən xərclənən məbləği icarədara konpensasiya etməlidir.
2.7. 
Müştəri icarə müddəti ərzində avtomobilin saz formada qalmasını öhdəliyinə götürür. Müştəri zəmanət verir ki, istifadə zamanı avtomobili gündəlik nəzarətsiz qoymayacaq ( qapı və pəncərələrin bağlı olması, açarların nəqliyyatın üzərində və ya salonda qalması).
2.8. 
İcarədarın xahişi ilə müştəri avtomobilin harda olması barədə əlumat verməyə borcludur.

 

3. Avtonəqliyyatın texniki nasazlıqları

3.1. Müştəri dərhal avtomobilin texniki nasazlığı barəsində icarədara yazılı surətdə məlumat verməlidir.
3.2. 
Əgər qəza və ya nasazlıq müştərinin ehtiyatsızlığı ucbatından olmuşsa, avtomoblin təmirinə ayrılan xərc öncədən hissələrin qiymətləri olan prayslistdəki qiymətlərə əsasən müştəri tərəfindən ödənilməlidir.Bura həmçinin nasazlıqla əlaqədar olaraq avtomobilin istifadəsiz qaldığı günlərdə hesablanan icarə haqqı da aiddir.
3.3. 
İcarədar avtobilin texniki nazaslığına görə baş vermiş gecikmələr, birbaşa və ya dolayı yolla yaranan xərclərə görə məsuliyyət daşımır.
3.4. 
Avtomoblin zədələnməsi, yol – nəqliyyat qəzası, eləcə də avtomobilin oğurlanması və ya buna cəhd edilən hallarda öhdəlikçidir :
       • 
YPX nümayəndələrini dərhal məlumatlandırmalıdır;
       • 
Zədələnmiş mülkün tam xarakteristikasını verən protokolun surətini əldə etməli, şahidləri qeyd etməlidir;
       • 
Hadisədən sonrakı 24 saat ərzində  İcarədarı məlumatlandırmalıdır;
       • 
10 gün ərzində icarədara sığorta şirkətinə təqdim etmək üçün lazım olan bütün sənədləri təqdim etməlidir.

 

4. Müştərinin məsuliyyəti

4.1. Müştəri müstəqil şəkildə icarə müqaviləsinin şətrlərini pozduğuna görə cavabdehlik daşıyır.
4.2. 
Müştəri avtomobili təhvil aldığı gündən təhvil verənə kimi avtomobliln sahibi sayılır və Azərbaycan Dövlətinin Qanunvericiliyində təsbit olunduğu kimi üçüncü tərəf şəxlər qarşısında və baş verə biləcək təhlükəli hadisələrə görə məsuliyyət daşıyır.

 

5. İcarədarın hüquq və vəzifələri

5.1. Avtomobilin istifadəyə yararsız olması təsbit olunarsa, icarədar öz istəyinə əsasən avtomobili icarəyə verilən avtomobilin xarakteristikasına uyğun avtomobillə əvəz edə bilər.
5.2. 
İcarədar özünün günahı ucbatından baş verməyən nasazlıq və xərclərə görə məsuliyyət daşımır.
5.3. 
İcarədar daşınma prosesində müştərinin və ya üçüncü tərəfin zərər görmüş əşyalarına görə  cavabdehlik daşımır.
5.4. 
İcarədar müştərinin icarə müqaviləsinin şərtlərini pozduğu və ya müqavilədə tələb olunan informasiyaların doğru olmadığını təsbit etdiyi halda vaxtından əvvəl müqaviləni ləğv edə və avtomobili geri ala bilər və bu zaman icarədarın müqaviləni ləv etdiyi andan etibarən müştəri dərhal avtomobili geri qaytarmalıdır.

 

6. Müştərinin avtomobili geri qaytarılmasına görə daşıdığı məsuliyyət

6.1. Müştəri müqavilədə göstərilən gün və məkanda avtomobili təmiz, icarəyə götürülən gün mövcud olan yanacaqdan az olmayan yanacaqla, bütün kompleks sənədlərlə birlikdə geri qaytarılmalıdır. Avtomobilin qaytarılmasını heç bir bəhanə ilə gecikdirə bilməz.
6.2. 
Avtomobilin icarədara qaytarılması hər iki tərəfin imzası olan aktla təsdiqlkənir.
6.3. 
Müştəri tərəfindən avtomobilin icarə müqaviləsində göstərilən zamanda geri qaytarılmaması təqdirdə icarədar DİN - ə avtomobilin oğurlanması barədə şikayətlə müraciət edə bilər.
6.4. 
İcarə müddətinin uzadılması lazım olduğu təqdirdə eyni nəqliyyat növündən istifadəyə görə   hər iki tərəf yeni müqavilə tərtib edir və müştəri icarə müqaviləsinin  bitməsinə ən azı 3 gün qalanda icarədara yeni müqaviləni tərtib etmək istəyi barədə yazılı şəkildə məlumat verməlidir.

 

7. Ödəniş

7.1. İcarədara olunan ödəniş müqavilədə göstərilən və icarədar tərəfindən müəyyən edilmiş tarifə əsasən, AR – nın mərkəzi Bankı tərəfindən ödəniş günüdə təyin edilmiş kursa müvafiq olaraq ödənilməlidir.
7.2. 
Avtomobil icarədara vaxtında təhvil verilmədiyi halda icarə haqqından əlavə müştəri icarədara cərimə də ödəməlidir. Gecikmə avtomobilin təhvil verilməsindən 2 saatdan çox keçəndə hesab olunur.

 

8. Yekun vəziyyət

8.1. İcarə müqaviləsinin müddəti bitdikdə hər iki tərəfin öhdəlikləri ləğv olunur ,amma buna baxmayaraq əgər müqavilənin bəndlərnə əsasən qanun pozulması olarsa, tərəflər buna görə məsuliyyət daşıyırlar.
8.2. 
İcarə müqaviləsi və ya hər hansı bəndinə görə fikir ayrılığı yaranarsa, problem tərələrin qarşılıqlı anlaşması sayəsində həll olunur.
8.3. 
Əgər narazılıqlar qarşı tərəflərin anlaşması ilə həll olunmazsa, problem dövlət qanunvericiliyi tərəfindən müəyyən olunmuş formada Bakı şəhərinin arbitraj məhkəməsi tərəfindən həll olunur.

 

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD