Lüks sinfinə məxsus seriyalı avtomobillərin tüninqi ilə məşğul olan amerikan şirkəti “Pfaff Tuning” Britaniya sportkarı “Bentley Continental GT Le Mans Edition” üzərində işini tamamlayıb.

İdman kupesinin “Le Mans Edition” adına tam layiq olması üçün eksteryer və texniki hissə bir qədər dəyişilmişdir. Bununla yanaşı interyerin də dizaynında bəzi yeniliklər edilib və avtomobil daha eksklüziv alınıb.
İkiqapılı kupenin karbondan olan aerodinamik asılqanına “Vorsteiner” şirkətinin istehsalı olan qabaq bamper splitteri, tündləşdirilmiş şüşələr və arxa fənərlər əlavə edilib.
“Renntech V3” modulunun köməyi ilə aşağı salınmış asma sayəsində avtomobilin yer səthi ilə arasında olan məsafə azalmışdır. Təkər arkalarını isə aşağıprofilli “Continental ExtremeContact DWS” şinləri keçirilmiş 22-düymlük “ADV.1 Wheels” diskləri tamamlayır.
6.0-litrlik, 616-güclü W12 mühərrikini isə “Fabspeed” və “Quicksilver” detallarından ibarət səs sistemi ilə təchiz ediblər.

1 AZN - 0.4964 EUR
1 AZN - 35.4560 RUB
1 AZN - 0.5881 USD